"Almaniyaya gecə-gündüz hücum edilir" - Berlin kimdən qorxur?
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Almaniyaya qarşı “kölgə cəbhəsi”nin açıldığını və ölkənin gecə-gündüz təxribatlara, casusluğa və kiberhücumlara məruz qaldığını iddia edir.
TodayPress TV xəbər verir ki, “Bild” qəzeti onun sözlərini sitat gətirib.
“Casusluq. Təxribatlar. Kiberhücumlar. Kölgə cəbhəsi Avropanın, Almaniyanın tam mərkəzindən keçir” - deyə nazir bildirib.
Onun sözlərinə görə, bədniyyətli şəxslərin məqsədi infrastruktura zərər vurmaq, cəmiyyəti parçalamaq və dövlətə olan etimadı sarsıtmaq, nəticə etibarilə isə ölkəni siyasi və sosial baxımdan sarsıtmaqdır.
“Almaniyaya hücum edilir. Gecə-gündüz”.
Nazir, bu cür hücumların arxasında kimin dayandığını dəqiqləşdirməyib. Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə bu il casusluqla bağlı 285 hüquq pozuntusu və nəqliyyat infrastrukturu, eləcə də enerji təchizatı obyektlərində 216 təxribat hadisəsi qeydə alınıb.
Aysel Mətləb