Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ
Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk limanına hərəkət edən və meyvə-tərəvəzlə yüklənmiş konteynerlər daşıyan “Nadejda” gəmisi Ukrayna dronu ilə vurulub.
TodayPress TV xəbər verir ki, Bakı vaxtilə 19:30 radələrində vurulan gəminin ekipaj üzvləri Azərbaycan və Türkiyə vətəndaşlarından ibarətdir.
Türkiyənin “Kalyoncu” fırmasına məxsus gəmi başqa bir ölkənin bayrağı altında üzür.
Qeyd edək ki, hücum nəticəsində itkin düşənlər olsa da, onlar tapılıb, lakin vəziyyətləri ağırdır.