AQTA qanunsuz küçə satışına qarşı reyd keçirdi
Hadisə
04.12.2025 13:01
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Yasamal" bazarı və "İnşaatçılar" metrostansiyası ətrafında qanunsuz küçə ticarətinə qarşı reyd keçirib.
Bu barədə TodayPress TV-yə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.
"İnşaatçılar" metrostansiyasının yaxınlığındakı qanunsuz küçə satışı piştaxtalarında isə yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub.
tag: AQTA, Monitorinq,Məhsullar,Sahibkar,Todaypress.tv,
