7 mindən çox patron, 8 qumbara aşkar edilərək götürüldü

7 mindən çox patron, 8 qumbara aşkar edilərək götürüldü
03.12.2025 10:41 Hadisə

2 dekabr daxili işlər orqanları tərəfindən 7 mindən çox patron aşkar edilərək götürülüb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 2-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 2 qumbaraatan, 1 tapança, 8 qumbara, 5 alışdırıcı, 2 tüfəng, 52 patron darağı və 7016 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

TodayPress TV


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər