"28 may" stansiyasında qatar TÜSTÜLƏNDİ

"28 may" stansiyasında qatar TÜSTÜLƏNDİ
05.12.2025 23:50 Hadisə

Bakı metropoliteninin "28 May" stansiyasında qatarların hərəkətində fasilə yaranıb.

TodayPress TV xəbər verir ki, bu barədə sərnişinlər “Oxu.Az”a məlumat veriblər.

Bildirilib ki, buna səbəb stansiyada hərəkət etmək istəyən qatarda tüstülənmənin baş verməsi olub.

Edilən anonsun ardından sərnişinlər vaqonlardan düşürülüblər.

Bildirilir ki, tüstülənmə yeni nəsil qatarda baş verib.

"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb:

"28 May" stansiyasında sərnişinlər düşürülüb və qatar "Nizami" stansiyasından texniki baxış üçün "Nərimanov" elektrik deposuna göndərilib".

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər