22 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 10-da ümumi çəkisi 22,5 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 44 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.