2 tondan artıq çətənə kolu məhv edildi
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 15-də ümumi çəkisi 11,8 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 2,2 ton çəkidə 1527 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.