Qəzaya düşən deputatın son vəziyyəti AÇIQLANDI
Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
TodayPress TV xəbər verir ki, qəza nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.
1990-cı il təvəllüdlü, Naxçıvan MR Ali Məclisinin deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə nevrocərrahiyyə şöbəsində davam etdirilir.
Bildirilib ki, hər iki şəxsin vəziyyəti stabil orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Yaralanan şəxslər qazidir. Hadisə zamanı Vətən müharibəsi qazisi, 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynalıyev həyatını itirib.