Zelenski: "Ukrayna və Türkiyə qaz infrastrukturu qurmağı planlaşdırır"

Dünya

04.04.2026 21:04

Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətlərarası əməkdaşlıq barədə razılığa gəliblər və gələcək planları müzakirə ediblər. 

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram”da yazıb. 

Zelenskinin sözlərinə görə, o, Ərdoğanla iki ölkə arasındakı münasibətləri, Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. 

Prezident vurğulayıb ki, birgə və əlaqələndirilmiş hərəkətlərin həyatın qorunmasını gücləndirməsi və dünyanın hər yerində insanlar üçün daha böyük təhlükəsizliyin təmin edilməsi vacibdir. 

Görüşün nəticəsi olaraq, tərəflər təhlükəsizlik sahəsində əməkdaşlıqda yeni addımlar barədə razılığa gəliblər.  

Bundan əlavə, ölkə liderləri qaz sektorunda gələcək layihələri müzakirə ediblər: 

“Qaz infrastrukturunun inkişafı sahəsində birgə layihələrin həyata keçirilməsi üçün praktik addımları, eləcə də qaz yataqlarının birgə işlənməsi imkanlarını müzakirə etdik". 

Sonda Ukrayna lideri Türkiyə Prezidentinə və xalqına Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiklərinə görə minnətdarlığını bildirib. 

Aysel Mətləb

TodayPress TV

tag: Zelenski,Ukrayna ,Ərdoğan ,Görüş,TodayPress TV,