Zelenski Türkiyəyə getdi
Dünya
04.04.2026 14:46
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün İstanbula gəlib.
TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının sözçüsü Sergey Nikiforov bildirib.
Məlumata görə, Volodimir Zelenski səfər çərçivəsində yalnız Rəcəb Tayyib Ərdoğanla deyil, həmçinin Gür Konstantinopol Patriarxı Varfolomeylə də görüşəcək.
Səfərin əsas mövzularından biri müdafiə sənayesi sahəsində əməkdaşlıqdır:
“Ukraynanın hərbi təcrübəsinə maraq göstərən ölkələrlə uzunmüddətli müdafiə sazişləri hazırlanır. Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərlə razılaşmalar artıq əldə olunub, İordaniya, İraq və Bəhreynlə danışıqlar davam edir. Türkiyə də Ukraynanın hərbi potensialına böyük maraq göstərir”.
Qiymət Mahir
tag: Ukrayna ,Volodimir Zelenski ,Türkiyə,Ərdoğan,TodayPress TV,
