Zelenski Rusiyaya sülh əli uzatdı, amma bir ŞƏRTLƏ

Zelenski Rusiyaya sülh əli uzatdı, amma bir ŞƏRTLƏ
14.09.2026 20:43 Dünya

Ukrayna Rusiyanın enerji obyektlərinə, kritik infrastrukturuna və logistika sistemlərinə zərbələr endirməməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Kiyev yalnız Moskvanın da eyni öhdəliyi üzərinə götürməsi şərtilə belə bir razılaşmaya hazırdır. Zelenski vurğulayıb ki, əldə olunacaq razılaşma etibarlı və uzunmüddətli olmalıdır.

Ukrayna Prezidenti kritik infrastruktura qarşı hücumların azaldılması istiqamətində atılacaq addımların sülhə aparan ilk mərhələ ola biləcəyini qeyd edib.

Zelenski bildirib ki, Kiyev bu məsələdə tərəfdaş ölkələrdən konkret təkliflər gözləyir.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər