Zelenski Haaqada: Niderland yeni hərbi yardım paketini təqdim etdi

Zelenski Haaqada: Niderland yeni hərbi yardım paketini təqdim etdi
24.06.2025 15:14 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 24-də Niderlandın Haaqa şəhərinə səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə "RBC-Ukraina" məlumat yayıb.

O, Niderlandın Baş naziri Dik Suf ilə görüş keçirib. Görüşdə Niderlandın müdafiə naziri Ruben Brekelmans və xarici işlər naziri Kaspar Veldkamp da iştirak ediblər.

Baş nazir Suf görüş zamanı Ukraynaya həm maliyyə, həm də hərbi dəstəyin davam edəcəyini bildirib. O, Ukraynanı “ailənin bir hissəsi” adlandıraraq bu gün açıqlanan yeni yardım paketi barədə məlumat verib.

Zelenski isə öz çıxışında Haaqa şəhərində olmaqdan məmnunluğunu ifadə edib.

Qeyd edək ki, iyunun 24-25-də Haaqada NATO ölkələrinin sammiti keçirilir. Sammit çərçivəsində Ukrayna-NATO Şurasının iclası da baş tutacaq.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər