"Sabah"ın baş məşqçisi: "Futbolçularımla fəxr edirəm"

"Sabah"ın baş məşqçisi: "Futbolçularımla fəxr edirəm"
20.10.2026 23:38 İdman

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir.

TodayPress TV xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi özü UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniya təmsilçisi "Borussiya"ya (Dortmund) qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında bildirib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Bəzən yaxşı futbol oynaya bilərsən, lakin rəqibin gücündən çox şey asılıdır. Matç ərzində çox yaxşı qol vəziyyətləri yaratdıq, hücumda yaxşı çıxış etdik. Təəssüf ki, son nəticədə bacarmadıq. Futbolçularımla fəxr edirəm. Onlar çox gözəl oyun nümayiş etdirdilər".

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

FOTOLAR

"Sabah"ın baş məşqçisi: "Futbolçularımla fəxr edirəm" — 1
XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər