Zelenski: "Ərazilər üzrə dialoq Putinlə mənim aramda olmalıdır"
"Yalnız Ukrayna prezidenti Rusiya ilə ərazilərlə bağlı danışıqlar apara bilər".
TodayPress TV xəbər verir ki, bunu Macarıstanın "Valasz Online" nəşrinə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib .
"Ərazilər üzrə dialoqun aparılması mən və Rusiya prezidenti Vladimir Putin arasında olan məsələdir. Bu məsələ ilə bağlı mövqeyimi başqa heç kimlə müzakirə etməyəcəyəm", - o vurğulayıb.
Zelenski qeyd edib ki, danışıqlarda Ukrayna nümayəndə heyəti ərazi məsələləri üzrə dialoq aparmaq səlahiyyətinə malik deyil. Onun sözlərinə görə, onların səlahiyyətlərinə humanitar sahə və atəşkəs məsələsi daxildir.
Qiymət Mahir