Zelenski əmr verdi: Rusiya ərazilərinə kütləvi zərbələr...
Dünya
20.05.2026 19:20
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının iclasında Rusiyanın Çerniqov-Kiyev istiqamətində mümkün hücum əməliyyatları planlaşdırması məsələsi müzakirə olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, Baş Qərargah iclasında kəşfiyyat məlumatları əsasında Rusiyanın mümkün hərəkət ssenariləri təhlil edilib və Ukrayna ordusu bütün variantlara qarşı cavab planları hazırlayır.
Zelenski bildirib ki, zəruri istiqamətlər üzrə Ukrayna qüvvələri gücləndiriləcək. O, həmçinin Xarici İşlər Nazirliyinə Belarus istiqaməti ilə bağlı əlavə diplomatik təsir tədbirləri hazırlamağı tapşırdığını qeyd edib.
Ukrayna Prezidenti vurğulayıb ki, Rusiya Belarus istiqamətindən müharibəni genişləndirmək üçün istifadə etməyə cəhd göstərə bilər. Zelenskinin sözlərinə görə, Ukrayna özünü müdafiə etməyə davam edəcək və Rusiyaya qarşı uzaqmənzilli zərbə kampaniyasının coğrafiyasını genişləndirmək üçün hazırlıqlar aparılır.
tag: Ukrayna,Baş Qərargah,Volodimir Zelenski,Rusiya,Todaypress.tv,
