Zelenski Aİ və NATO sammitlərinə dəvət aldı
Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) sammitinə dəvət alsa da, tədbirdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy “Obşestvennoe” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Zelenski həmçinin NATO və “Yeddilər qrupu”nun sammitlərinə dəvətlidir, lakin iştirak təhlükəsizlik şəraiti və konkret gündəliyə görə müəyyənləşəcək.
“Belə sammitlərdə adətən ikitərəfli görüşlər baş tutur. Biz hazırda bunun üzərində işləyirik”, – deyə Tixiy qeyd edib.
Qiymət Mahir