Zelenski Aİ liderlərinin Paris görüşündə iştirak edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 4-də Parisdə keçiriləcək Avropa İttifaqı liderlərinin görüşündə iştirak edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Görüşdə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsinin gündəmə gətiriləcəyi gözlənilir. Məlumata görə, ABŞ Prezidenti Donald Trampın görüşdə iştirakı təsdiqlənməyib.
Türkan İsgəndərli