Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı

Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı
31.07.2026 20:02 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında bildirib ki, söhbət zamanı Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən son görüşün nəticələri müzakirə olunub. Onun sözlərinə görə, görüş müsbət və məhsuldar atmosferdə keçib.

Ukrayna lideri qeyd edib ki, Rusiyanın hava hücumları davam etdiyi üçün ölkənin əsas prioriteti hava hücumundan müdafiə sistemlərinin, xüsusilə də ballistik raketlərdən qorunmaq üçün nəzərdə tutulan Patriot tutucu sistemlərinin gücləndirilməsidir.

Tərəflər, həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin qlobal bazarlara təsiri barədə fikir mübadiləsi aparıblar.

Zelenskinin sözlərinə görə, telefon danışığının yekununda komandaların əlaqəni davam etdirməsi və müzakirə olunan məsələlərin işlənməsi barədə razılıq əldə olunub.

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər