Yunanıstanda fermer üsyanı: Traktorlarla yollar bağlandı
Dünya
04.12.2025 18:30
Yunanıstanda fermerlərin etirazları genişlənib.
TodayPress TV "Haber Global" a istinadən xəbər verir ki, hökumətin kənd təsərrüfatı dəstək ödənişlərini gecikdirməsi və korrupsiya şübhələri səbəbilə yüzlərlə fermer traktorları ilə yolları bağlayaraq aksiyalara başlayıb.
Fermerlər Yunanıstan–Türkiyə sərhədindəki Kipi və Bahçeköy keçid məntəqələrini də bağlayıblar. Ağır nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, yalnız şəxsi avtomobillərin keçidinə icazə verilir.
Etirazçılar hökumətdən gecikmiş ödənişlərin verilməsini, yüksək istehsal xərclərinin azaldılmasını və korrupsiyaya qarşı tədbirlərin gücləndirilməsini tələb edirlər.
Aİ-nin yardım ödənişlərinin gecikməsi və ümumilikdə 600 milyon avroluq kəsinti də narazılığı artırıb. Avropa Prokurorluğu bəzi fermerlərin yardım almaq üçün saxta sənədlər təqdim etdiyinə dair sübutlar olduğunu açıqlayıb. Yunanıstan hökuməti isə 40 min fermerin müraciətinin araşdırıldığını bildirir.
Jalə Rövşən
tag: Yunanıstan ,Fermer,Etiraz ,Aİ,Todaypress.tv,
