"YouTube" Belarus dövlətinə məxsus kanalların hesablarını sildi
“YouTube” platforması Belarus dövlət kanallarının hesablarını silib.
TodayPress TV xəbər verir, bu barədə Belarus İnformasiya Nazirliyi özünün “Telegram” kanalında məlumat yayıb.
“Bu gün Amerikanın “Google” şirkətinə məxsus “YouTube” video hostinqi Belarus kanalları olan “BelTA”, “STV” və “ONT”ni silib”, - deyə açıqlamada bildirilib.
Nazirlik platformanın bu addımını "qeyri-dost və əsassız" adlandırıb və video hostinqə qarşı cavab tədbirləri görmək hüququ barədə xəbərdarlıq edib.
Aysel Mətləb