Yerin kosmosdan çəkilmiş yeni görüntüləri yayımlandı

Dünya

04.04.2026 07:30

NASA 50 ildən sonra Aya ilk səyahətinə başlayan "Artemis II" missiyasında yer alan heyət Yerin kosmosdan çəkilmiş 2 yeni görüntüsünü paylaşıb.

TodayPress TV xəbər verir ki, sözügedən görüntülər komandir Rid Vaysman tərəfindən çəkilib.

Görüntülərdən birincisində kosmik kapsulun pəncərələrindən Yerin mənzərəsi görünür.


İkincisində isə Yerin tam kürə forması əks olunub.

Qeyd edək ki, missiya heyətinin aprelin 6-da Aya çatması gözlənilir.

Xatırladaq ki, NASA aprelin 1-də 50 ildən çox vaxtdan sonra "Artemis II" missiyası çərçivəsində Aya ilk səyahətə başlayıb. Ümumilikdə 4 nəfərdən ibarət komanda, missiya müddətində kosmik gəmidəki sistemləri sınaqdan keçirəcək, Ayın daha əvvəl görülməmiş hissələrini lentə alacaq və gələcək missiyalarda eniş edilə biləcək bölgələri araşdıracaq.

Aysel Mətləb

TodayPress TV

tag: NASA,Yer,Ay,Artemis II,