Yaponiyanın mərkəzində 5 bal gücündə zəlzələ baş verdi
Yaponiyanın mərkəzi hissəsindəki Naqano prefekturasında 5 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələ Yaponiyanın 7 ballıq seysmik şkalası üzrə 5 baldan yuxarı zəlzələ zonasında 10 km dərinlikdə baş verib.
Zəlzələnin episentri Naqano prefekturasının şimalında, 36,6 dərəcə şimal en dairəsində və 137,9 dərəcə şərq uzunluq dairəsində yerləşib.
Hələlik heç bir xəsarət və ya dağıntı barədə məlumat verilməyib.
Aysel Mətləb