G20 ölkələrinin XİN başçıları Atlantada toplaşır

G20 ölkələrinin XİN başçıları Atlantada toplaşır
26.10.2026 21:13 Dünya

ABŞ-nin Dövlət katibi Marko Rubio oktyabrın 30-31-də Atlanta şəhərində (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünü keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Prezident Donald Trampın rəhbərliyi altında ABŞ G20-ni iqtisadi artımın stimullaşdırılmasına, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə və Amerika xalqının maraqlarına uyğun nəticələrin əldə edilməsinə yönəlmiş əsas iqtisadi missiyasına qaytarır", - deyə Dövlət Departamentindən bildirilib.

Rubio ümumi iqtisadi və təhlükəsizlik problemlərinin həllində praktiki əməkdaşlığı inkişaf etdirmək üçün G20 ölkələrinin XİN rəhbərlərini bir araya gətirəcək.

Görüş zamanı ABŞ G20-dəki tərəfdaşları ilə birlikdə dünya iqtisadiyyatında sarsıntılara səbəb olan geosiyasi böhranları, o cümlədən gəmiçilik azadlığına, enerji və ərzaq təhlükəsizliyinə, eləcə də qlobal tədarük zəncirlərinə yaranan təhdidləri müzakirə etmək niyyətindədir.

Dövlət Departamentində qeyd ediblər ki, qlobal təhlükəsizlik və iqtisadi rifah bir-biri ilə bağlıdır, qarşıdan gələn müzakirələr isə Trampın sədrliyi ilə keçiriləcək G20 liderlərinin sammitinə və daha geniş iqtisadi gündəliyin nəzərdən keçirilməsinə hazırlıq mərhələsi olacaq.

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər