Azərbaycan millisi Gürcüstanı öz meydanında məğlub etdi
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstanda keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında beşinci yeri tutub.
TodayPress TV xəbər verir ki, yarış 22-25 oktyabr tarixlərində Gürcüstanın Rustavi şəhərində təşkil olunub.
Baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi Azərbaycan millisi Avropa çempionatının birinci təsnifat mərhələsi çərçivəsində A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşıb. Komandamız hər iki görüşdə məğlubiyyətlə üzləşib.
Beşinci yer uğrunda keçirilən qarşılaşmada isə Azərbaycan millisi meydan sahibi Gürcüstan yığmasına 3:1 hesabı ilə qalib gələrək turniri beşinci pillədə başa vurub.
Rəqibini 3:2 hesabı ilə məğlub edən Polşa yığması EEVZA çempionu olub.
Bu nəticə ilə Polşa millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Kübra Musayeva