Netanyahu İranı Hitler rejiminə bənzətdi

Netanyahu İranı Hitler rejiminə bənzətdi
26.10.2026 21:30 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu İranla mümkün razılaşma məsələsinə sərt münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Netanyahu İran rəhbərliyini neonasist adlandıraraq Tehranla razılığa gəlmək imkanını sual altına qoyub.

“Bu neonasistlərlə ümumiyyətlə hansı razılaşmanı bağlamaq olar?” – deyə o bildirib.

İsrailin Baş naziri mövqeyini əsaslandırmaq üçün İkinci Dünya müharibəsi dövrünə istinad edib.

“Məgər Ruzvelt və Çörçill Hitlerlə razılığa gələ biləcəklərini deyirdilər? Xeyr. Onlar gedib həmin rejimi məhv etdilər”, – deyə Netanyahu vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər