Azərbaycan klubu avrokuboklarda ilk sınağına çıxır

Azərbaycan klubu avrokuboklarda ilk sınağına çıxır
26.10.2026 21:05 İdman

Qadın voleybolçulardan ibarət Azərbaycanın “DH Volley” klubu CEV Çelenc Kubokunda mübarizəyə başlayır.

TodayPress TV xəbər verir ki, təmsilçimiz turnirin 1/32 final mərhələsində Danimarkanın “Holte IF” komandası ilə qarşılaşacaq.

İlk görüş oktyabrın 27-də Danimarkada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Komandalar arasında cavab oyunu isə noyabrın 5-də Bakıda baş tutacaq.

İki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksələcək komanda müəyyənləşəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər