Voleybol üzrə Super Liqada növbəti turun oyunları keçiriləcək
Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında II turun oyunlarının proqramı müəyyənləşib.
TodayPress TV xəbər verir ki, turun qarşılaşmaları oktyabrın 28-də və 30-da baş tutacaq.
Oktyabrın 28-də iki görüş keçiriləcək. Saat 16:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “ORDU” və “Neftçi” komandaları üz-üzə gələcəklər.
Həmin gün saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” və “AZERRAIL” komandaları qarşılaşacaqlar.
Turun son oyunu isə oktyabrın 30-da keçiriləcək. Saat 17:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov Az Terminal” və “Gənclər” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Beləliklə, Super Liqanın II turu çərçivəsində ümumilikdə üç qarşılaşma baş tutacaq.
Kübra Musayeva