Yaponiya orbitə kosmik aparat göndərdi
Yaponiyanın “HTV-X” adlı pilotsuz yük raketi Tanegaşima Kosmik Mərkəzindən buraxılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Məlumata görə, yeni enerji sistemi ilə təchiz edilmiş "HTV-X" aşağı temperatur tələb edən eksperimental nümunələri də daşıya bilir.
Kosmik aparatın 30 oktyabrda kosmik mərkəzə çatacağı, 6 ay stansiyaya qoşulu qalacağı, daha sonra isə 3 ay ərzində sınaqlar üçün orbitdə hərəkət edəcəyi gözlənilir.
"HTV-X" kosmik aparatı sələfi “Kounotori” ilə müqayisədə 1,5 dəfə çox- təxminən 6 ton yük daşıya bilir.