ABŞ Yaxın Şərqdən diplomatlarını TƏCİLİ çıxarır
ABŞ Yaxın Şərq ölkələrindəki diplomatik nümayəndəliklərinin bəzi əməkdaşlarını və onların ailə üzvlərini təcili şəkildə bölgədən çıxarmağa başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu addıma səbəb ABŞ kəşfiyyatının İranın fəaliyyətində güclənmə qeydə alması olub. Kəşfiyyatın məlumatına əsasən, İran tərəfi ehtimal olunan hücumlara hazırlıqda “qabaqcıl mərhələyə” çatıb.
CNN qeyd edib ki, ABŞ diplomatları təxliyənin xaotik təşkilindən və maliyyə dəstəyinin çatışmazlığından şikayətlənirlər. Onların sözlərinə görə, vəzifə yerlərinə yaxın vaxtlarda qayıtmalarına baxmayaraq, yenidən yaşayış yeri axtarmaq məcburiyyətində qalırlar.
Aysel Mətləb