Xamenei iğtişaşlara görə Trampı günahlandırdı

Dünya

18.01.2026 01:34

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ Prezidenti Donald Trampın baş vermiş iğtişaşlara görə məsuliyyət daşıdığını bildirib.

 TodayPress TV xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.

Xamenei çıxışı zamanı iğtişaşların ABŞ tərəfindən təşkil olunduğunu və Vaşinqtonun məqsədinin İranı udmaq olduğunu qeyd edib.

“İslam inqilabının başlanğıcından bəri Amerika İranda itirdiyi dominantlığı geri qaytarmağa çalışıb. Bütün administrasiyalar dövründə ABŞ-nin siyasəti İran kimi müstəqil bir ölkənin mövcudluğunun qarşısını almaq olub. Əvvəllər Qərb media orqanları iğtişaşlara müdaxilə edirdi, lakin bu dəfə ABŞ Prezidenti özü iğtişaşçıları həvəsləndirdi. Geniş bazaya malik olan amerikalılar bu üsyanı öz məqsədləri üçün təşkil etdilər, lakin İran xalqı onları 12 günlük müharibədə olduğu kimi məğlub etdi. Bu, kifayət deyil, Amerika məsuliyyət daşımalıdır. Biz ölkəni müharibəyə sövq etmək istəmirik, amma daxili günahkarları cəzasız qoymayacağıq", - İranın dini lideri deyib.

Xamenei etiraf edib ki, İranda iqtisadi vəziyyət qənaətbəxş deyil: "Xalqın dolanışığı, həqiqətən, çətindir. Dövlət məmurları səyləri iki dəfə artırmalı və işə daha ciddi yanaşmalıdırlar. Əsas məhsulların ölkəyə çatdırılması üçün daha çox işləmək lazımdır"

TodayPress TV

tag: Iran, ABŞ, Tramp, Amerika,İranın ali dini lideri Ayətullah Əli Xamenei ,todaypress.tv,