Voleybol üzrə U-18 Azərbaycan birinciliyinin yarımfinal oyunları keçirildi

Dünya

04.04.2026 20:45

Aprelin 4-ü Azərbaycan Voleybol Federasiyasının idman zalında 18 yaşadək (U-18) qızlar və oğlanlar arasında voleybol üzrə Azərbaycan birinciliyinin yarımfinal oyunları keçirilib.

TodayPress TV xəbər verir ki, qızların yarışında ilk yarımfinal qarşılaşmasında “Lokomotiv” komandası “Oğuz RVK” ilə üz-üzə gəlib.

Rəqibini 3:0 hesabı ilə məğlub edən “Lokomotiv” finala vəsiqə qazanıb. Digər yarımfinal matçında isə “Milli Aviasiya Akademiyası” komandası “Möminə Xatun” üzərində 3:1 hesablı qələbə qazanaraq finala yüksəlib.

Beləliklə, aprelin 5-i keçiriləcək üçüncü yer uğrunda oyunda “Möminə Xatun” və “Oğuz RVK”, final görüşündə isə “Lokomotiv” və “Milli Aviasiya Akademiyası” komandaları qarşılaşacaqlar.

TodayPress TV

tag: Azərbaycan,Voleybol,Yarımfinal,TodayPress TV,