Vaşinqton Tehranla "qapını" BAĞLADI: "Heç bir danışıq aparılmır!"
Vaşinqton İranla hər hansı müzakirə aparmır.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidentinin mətbuat katibinin müavini Anna Kelli “Al Jazeera”ya açıqlamasında danışıb.
“İran İslam Respublikası ilə heç bir danışıqlar və ya söhbətlər aparılmır və planlaşdırılmayıb”, - deyə Kelli bildirib.
O əlavə edib ki, ABŞ-nin İrana qarşı dəniz blokadası “tam gücü ilə" qüvvədə qalır.
Kelli həmçinin qeyd edib ki, ABŞ-nin “İqtisadi təcrid əməliyyatı” adlandırdığı İrana qarşı kampaniya davam etdirilir.
Aysel Mətləb