Vaşinqton Avropaya “silahlan” mesajı verdi - Ukraynaya dəstək artırılır
Pentaqon Avropanın Ukrayna üçün ABŞ-dən silah satınalmalarını genişləndirməli olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi məlumat verib.
"İlk növbədə, Avropa ABŞ-nin PURL proqramı vasitəsilə Ukraynanın döyüş meydanındakı birbaşa ehtiyaclarını dəstəkləməyə davam etməli və lazım olduqda bu dəstəyi gücləndirməlidir", - deyə o vurğulayıb.
Nazir əlavə edib ki, Avropa indi Ukrayna qüvvələrinin uzunmüddətli yenidən qruplaşdırılmasını və öz müdafiə ehtiyaclarını dəstəkləmək üçün silah və hərbi texnikanın sabit satınalmalarını planlaşdırmalıdır:
"Müttəfiq olaraq biz Avropanın öz hərbi-sənaye kompleksinə zəruri yatırımlarının Amerika yatırımları ilə inteqrasiya olunmasını və onları tamamlamasını təmin etməliyik".
Kolbinin fikrincə, Ukraynanın dəstəklənməsi Avropanın hərbi gücünü və sənaye potensialını bərpa etməyə kömək edərək, onun təhlükəsizliyinin təmin olunmasına töhfə verir.
Aysel Mətləb