Vanq Yi: "Avropanın üzləşdiyi çətinliklər Çindən gəlmir"
Dünya
02.04.2026 21:50
Avropa çətinliklərlə üzləşir, lakin onlar Çindən qaynaqlanmır.
TodayPress TV xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla telefon danışığı zamanı bildirib.
Diplomat vurğulayıb ki, Çinin inkişafı Avropa üçün bir fürsətdir və Avropanın üzləşdiyi çətinliklər Çindən qaynaqlanmır. Onun sözlərinə görə, proteksionizm rəqabət qabiliyyətini artırmır və Çinlə əməkdaşlığı rədd etmək imkanları rədd etmək deməkdir.
Vanq Yi ümid edir ki, Avropa tərəfi Çini hərtərəfli və obyektiv şəkildə başa düşəcək və Çin-Aİ münasibətlərinin düzgün inkişaf istiqamətini dəstəkləyəcək.
Tərəflər, həmçinin Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Çinin xarici işlər naziri Pekinin mövqeyini açıqlayaraq, Çinin Aİ ilə ünsiyyət və əməkdaşlığa davam etməyə, müharibənin tezliklə bitməsinə və regionda sülhün bərpasına töhfə verməyə hazır olduğunu vurğulayıb.
Aysel Mətləb
tag: Vanq Yi,Çin,Avropa,Kaya Kallas,TodayPress TV,
