“United Airlines” İsrailə uçuşları bərpa etməyə hazırlaşır
ABŞ aviaşirkəti “c” gələn həftə İsrailə uçuşları bərpa etməyi planlaşdırır.
Bu barədə TodayPress TV “Kan” telekanalına istinadən xəbər verir.
Məlumata görə, uçuş istiqamətləri və cədvəli yaxın günlərdə açıqlanacaq.
2023-cü ilin oktyabrında HƏMAS ilə İsrail arasında baş vermiş hərbi toqquşmalar səbəbindən bir sıra beynəlxalq aviaşirkətlər, o cümlədən “United Airlines” Təl-Əviv reyslərini müvəqqəti dayandırmışdı.
Aynur TAC