Ukraynaya 45 milyard avro verilir – Şərt isə Rusiya ilə bağlıdır

Ukraynaya 45 milyard avro verilir – Şərt isə Rusiya ilə bağlıdır
18.11.2026 14:30 Dünya

Avropa Komissiyası Ukraynanın 2027-ci il üzrə maliyyə ehtiyaclarının bir hissəsinin qarşılanması üçün 45 milyard avro həcmində yeni kredit ayrılmasını təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Ukraynanın 2026-cı il üzrə maliyyə ehtiyacları artıq təmin olunub. Təklif olunan yeni kreditin isə ölkənin gələn il üçün maliyyə tələbatının təxminən üçdə ikisini qarşılamağa kömək edəcəyi gözlənilir.

Bu təşəbbüs Avropa İttifaqının 2026–2027-ci illər üçün Ukraynaya dəstək məqsədilə nəzərdə tutduğu 90 milyard avroluq kredit proqramını tamamlayır.

Avropa Komissiyasından “Ukrainskaya pravda” nəşrinə bildirilib ki, 45 milyard avroluq yardım məhdud geri tələb hüququ olan kredit formasında təqdim ediləcək. Bu mexanizmə əsasən, Ukrayna kreditin əsas məbləğini yalnız Rusiyadan təzminat aldıqdan sonra qaytarmalı olacaq.

Büdcə dəstəyinin ayrılması Ukraynanın, xüsusilə qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahələrində islahatlar aparmasından asılı olacaq. Bu islahatlar Aİ-yə üzvlük prosesində “Fundamentals Cluster” adlanan əsaslar klasteri üzrə aralıq meyarların yerinə yetirilməsi baxımından əhəmiyyət daşıyır.

Avropa Komissiyasının təklifi noyabrın 26–27-də Brüsseldə keçiriləcək Avropa Şurasının növbədənkənar sammitində müzakirəyə çıxarılmalıdır.

Qeyd edək ki, bundan əvvəl Aİ Şurası Ukraynaya rekord həcmdə maliyyə tranşının ayrılmasını təsdiqləyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər