Azərbaycan idmançıları Ermənistanda medal mübarizəsinə qoşulurlar!

Azərbaycan idmançıları Ermənistanda medal mübarizəsinə qoşulurlar!
18.11.2026 14:12 İdman

Ermənistanda deflimpiyaçılar arasında güləş üzrə Avropa çempionatı təşkil olunacaq.

TodayPress TV “Prosport.az”a istinadən xəbər verir ki, noyabrın 25-dən dekabrın 1-dək keçiriləcək yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar.

Azərbaycan Milli Deflimpiya Komitəsi Avropa Karlar İdman Təşkilatının (EDSO) üzvüdür. Yarış böyüklər, gənclər və yeniyetmələr arasında eşitmə məhdudiyyətli güləşçilərin iştirakı ilə keçiriləcək.

Azərbaycanın turnirdə iştirakı ölkə rəhbərliyi səviyyəsində razılaşdırılıb.

Xatırladaq ki, daha əvvəl, iyulun 27-dən avqustun 2-dək Bakıda keçirilən U-17 dünya çempionatında Ermənistanın 16 idmançısı iştirak edib. Həmin yarışda yunan-Roma güləşçilərindən Canes Nəzəryan (71 kq) qızıl, Ararat Avetisyan (48 kq) və Qevorq Harutyunyan (51 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycanın karate üzrə yeniyetmələr, gənclər və U-21 millilərinin də fevralın 5-7-də İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı gözlənilir.

Namiq HUN

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər