Ukraynadan tarixi dəyişdirən hesabat - Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı inhisarına son qoyub

Ukraynadan tarixi dəyişdirən hesabat - Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı inhisarına son qoyub
27.07.2026 13:27 Dünya

Ukrayna Xarici Kəşfiyyat Xidməti hesab edir ki, Rusiya yaxın vaxtlara qədər özünü əsas siyasi və iqtisadi oyunçu hesab etdiyi Cənubi Qafqazda təsir imkanlarını sürətlə itirir. Qurum bu qənaəti Azərbaycanın son addımlarını şərh edərkən açıqlayıb.

TodayPress TV xəbər verir ki, kəşfiyyatın diqqət çəkdiyi əsas məqamlardan biri Bakının Rusiyanın Nikolayev vilayətində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə endirdiyi zərbəyə sərt reaksiyası olub.

Bildirilir ki, Azərbaycan Moskva ünvanına rəsmi nota göndərərək hücumun bütün hallarının araşdırılmasını və mülki infrastrukturun qorunmasına dair beynəlxalq hüquq normalarına riayət olunmasını tələb edib.

Ukrayna Xarici Kəşfiyyat Xidməti, həmçinin Azərbaycan Prezidentinin ölkənin enerji resurslarının ixracını artırmağa və Avropa bazarında əvvəllər Rusiyaya məxsus mövqeləri tutmağa hazır olması ilə bağlı bəyanatına da diqqət çəkib.

Qurumun qiymətləndirməsinə görə, baş verənlər Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəiflədiyini, eyni zamanda Moskvanın Avropa üçün etibarlı enerji təchizatçısı və nüfuzlu tərəfdaş imicini itirdiyini göstərir.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər