Ukraynadan Rusiyaya zərbə: Neft emalı zavodu vuruldu
Dünya
21.05.2026 09:23
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları mayın 21-nə keçən gecə Rusiyanın Samara vilayətində yerləşən, “Rosneft” şirkətinə məxsus Sızran neft emalı zavoduna zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Kyivindependent" məlumat yayıb.
Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorışev hücumu təsdiqləyib. Onun sözlərinə görə, hadisə nəticəsində iki nəfər həyatını itirib. İlkin məlumata əsasən, zərbələrdən biri neft emalı qurğularından birinə dəyib.
Rusiya tərəfi hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlasa da, bəzi dronların hədəfə çatdığını etiraf edib.
Hadisə nəticəsində zavod ərazisində yanğın baş verib və əsas emal qurğularından birinin zədələndiyi bildirilir. Bu hücum Rusiyanın neft emalı sektoruna son aylarda endirilən növbəti ciddi zərbələrdən biri hesab olunur.
Qeyd edək ki, Sızran neft emalı zavodu Rusiya ordusunun yanacaq təminatında mühüm rol oynayır və daha əvvəl də oxşar dron hücumlarının hədəfi olub.
Türkan İsgəndərli
tag: Ukrayna,Rusiya,Dron,Neft,Todaypress.tv,
