Ukrayna Rostovda Ozon anbarını vurdu - VİDEO
Ötən gecə Ukrayna Rusiyanın Rostov əyalətinə güclü dron hücumu təşkil edib.
TodayPress TV xəbər verir ki, əsas hədəf DNS, OZON ticarət şəbəkələrinin anbarları, həmçinin Rostovdakı Aksay şəhərində gəmiqayırma zavodu olub.
Rostov qubernatoru Yuri Slyusar dron hücumu nəticəsində yeddi nəfərin yaralandığını, sakinlərin təxliyə olunuğunu və müvəqqəti sığınacaq yaradıldığına dair məlumat yaysa da, zərbə hədəflərini açıqlamayıb.
Daha sonra OZON şirkəti anbarına zərbəni təsdiqləyib.