Ukrayna PUA-ları Rusiyanın iki neft zavodunu sıradan çıxardı

Ukrayna PUA-ları Rusiyanın iki neft zavodunu sıradan çıxardı
16.09.2026 21:13 Dünya

İki Rusiya neft emalı zavodu Ukraynanın dron hücumlarından sonra neft emalını dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Sızran Neft Emalı Zavodu sentyabrın 15-də baş verən hücumdan sonra fəaliyyətini dayandırıb. Hücum nəticəsində zavodun emal gücünün 71 faizini təmin edən AVT-6 qurğusunun zədələndiyi bildirilir.

Zavodun digər əsas qurğusu olan AVT-5 isə iyul ayında baş vermiş dron hücumundan sonra hələ də təmirdədir. “Reuters”in məlumatına görə, Sızran zavodunun tam bərpası ən azı bir ay çəkə bilər.

Saratov Neft Emalı Zavodu da növbəti hücumdan sonra yenidən fəaliyyətini dayandırıb. Bildirilir ki, zavod əvvəlki hücumdan sonra fəaliyyətini tam bərpa etməyə macal tapmamış yenidən zərbəyə məruz qalıb.

Agentlik qeyd edir ki, zavodların fəaliyyətinin dayanması Rusiyanın daxili yanacaq bazarında yaranmış qıtlığı daha da dərinləşdirə bilər. Ölkədə benzin, dizel yanacağı və aviasiya yanacağının ixracına artıq məhdudiyyətlər tətbiq olunub.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər