Ukrayna NATO-ya müharibənin yeni dərslərini öyrədir - PUA üzrə xüsusi TƏLİMLƏR

Ukrayna NATO-ya müharibənin yeni dərslərini öyrədir - PUA üzrə xüsusi TƏLİMLƏR
16.09.2026 21:51 Təhlil

"Döyüş təcrübəsinə malik ukraynalı hərbçilər NATO ölkələrinin zabitlərinə müasir müharibədə pilotsuz uçuş aparatları, radioelektron mübarizə və kəşfiyyat vasitələrinin tətbiqi ilə bağlı praktiki biliklərini ötürürlər".

TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Elçin Alıoğlu öz sosial şəbəkə hesabında yazıb.


O vurğulayıb ki, Polşanın Lüblin şəhərində mütəxəssislər Polşa və Almaniya silahlı qüvvələrinin zabitləri üçün üç həftəlik təlimlər keçiriblər. Təlimlər NATO-Ukrayna Birgə Təhlil, Təlim və Təhsil Mərkəzi - JATEC tərəfindən təşkil olunub:

"Əsas diqqət pilotsuz uçuş aparatlarının, radioelektron mübarizə və kəşfiyyat sistemlərinin kütləvi tətbiqinin bölmələrin manevrlərinə, qoşunların idarə edilməsinə və taktiki səviyyədə qərarların qəbuluna necə təsir göstərməsinə yönəldilib.

Nəzəri məşğələlər praktiki təlimlərlə tamamlanıb. Bu, Ukraynanın döyüş təcrübəsini NATO-da mövcud olan yanaşmalarla müqayisə etməyə imkan verib".

E. Alıoğlunun sözlərinə görə, təlimlər Litva-Polşa-Ukrayna briqadası LITPOLUKRBRIG-in bazasında, JATEC-in kapitanların hazırlığı kursuna dəstək layihəsi çərçivəsində keçirilib. Kurs Ukraynanın ən böyük fondlarından biri olan “Povernis jivim” tərəfindən dəstəklənir.

Analitik bildirib ki, zabitlər rota səviyyəsində bölmələrin fəaliyyətinin planlaşdırılması prosedurlarını, həmçinin batalyon səviyyəli qərargahların istifadə etdiyi qərar qəbuletmə prosesini praktiki şəkildə məşq ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər