İsveçdə hakimiyyət təhlükədə: Müxalifət önə keçdi
İsveçdə keçirilən parlament seçkilərində müxalifət hakim koalisiyanı cüzi fərqlə qabaqlayıb.
TodayPress TV xəbər verir ki, 99 faiz səsin hesablanmasının nəticələrinə görə, keçmiş baş nazir Maqdalena Anderssonun rəhbərlik etdiyi sol-mərkəzçi müxalifət bloku 349 yerlik parlamentdə 175 mandat qazanır.
Baş nazir Ulf Kristerssonun rəhbərlik etdiyi sağ-liberal hakim alyans isə 174 mandat əldə edib. Alyansa Mülayimlər Partiyası, Liberallar, Xristian Demokratlar və İsveç Demokratları daxildir.
Bununla belə, nəticələr hələ yekun deyil. İsveç Seçki Administrasiyası xaricdən və poçtla göndərilən, gecikmiş səslərin hesablanmasını davam etdirir.
Kübra Musayeva