Paşinyan Kərki barədə: “Son imkan da aradan qaldırıldı”
Ermənistanın baş naziri Nikol Paşinyan Kərki kəndi ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, Paşinyan Kərki məsələsinə toxunaraq bu mövzunu mümkün eskalasiya ocaqlarından birinin aradan qaldırılması kimi qiymətləndirib.
“Kərki haqqında danışarkən həm Ermənistan daxilində, həm də onun hüdudlarından kənarda olan qüvvələrin istifadə edə biləcəyi son mümkün eskalasiya ocağını neytrallaşdırdım. Mən öz vəzifəmi yerinə yetirdim – eskalasiya üçün son imkan neytrallaşdırılıb”, – Paşinyan bildirib.
Kübra Musayeva