Lavrovun müavini Azərbaycan səfiri ilə görüşdü - Nələr müzakirə edildi?

Lavrovun müavini Azərbaycan səfiri ilə görüşdü - Nələr müzakirə edildi?
16.09.2026 21:46 Dünya

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı ikitərəfli gündəlikdəki aktual məsələlər müzakirə olunub. Tərəflər, həmçinin 17 iyul 2026-cı ildə Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirlərinin danışıqları zamanı əldə olunan razılaşmaların icrasına diqqət yetiriblər.

Müzakirələrdə tammiqyaslı mədəni dialoqun bərpası və humanitar problemlərin həlli məsələləri də gündəmdə olub.

Diplomatlar, həmçinin Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının gələcəkdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, sözügedən sənəd 22 fevral 2022-ci ildə Moskvada iki ölkə liderləri tərəfindən imzalanıb. Rusiya XİN-dən bildirilib ki, bəyannamənin potensialının tam şəkildə reallaşdırılması vacibdir.

Nazirlik görüşün konstruktiv atmosferdə keçdiyini qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər