Fransada yanacaq böhranı - Makron səfərbərlik əmri verdi

Fransada yanacaq böhranı - Makron səfərbərlik əmri verdi
16.09.2026 21:22 Dünya

Fransa Prezidenti Emmanuel Makron ölkəni yanacaqla təmin etmək və qiymət artımının qarşısını almaq üçün hökumətə bütün resursları "səfərbər etməyi" tapşırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi və energetika məsələləri üzrə nazir-nümayəndə Mod Brejon bildirib.

“Prezidentin məqsədi yaxın günlərdə və həftələrdə, o cümlədən digər ölkələrin hesabına tədarükün sabitliyini və zəmanətli həcmləri təmin etməkdir”, - deyə Brejon Nazirlər Şurasının iclasından sonra bildirib.

O vurğulayıb ki, mütləq əksəriyyəti Fransanın “TotalEnergies” neft şirkətinə məxsus olan yanacaqdoldurma məntəqələrinin təxminən 10%-i “ən azı bir növ yanacaq” təchizatında çətinlik çəkir.

Bununla əlaqədar olaraq, qiymətləri mümkün qədər azaltmaq və ya artımının qarşısını almaq məqsədilə Avropa səviyyəsində neft emalı zavodlarına qarşı ola biləcək tədbirlər müzakirə olunur.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər