Ukrayna hərbi şirkətləri Danimarkada istehsala başlayır
Dünya
04.02.2026 13:16
"Ukraynanın bəzi hərbi-sənaye şirkəti Danimarkada istehsal müəssisələri yarada bilər".
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin bildirib.
Onun sözlərinə görə, Danimarka bu məqsədlə təxminən 70 milyon avro (təxmini 83 milyon dollar) ayırmağı planlaşdırır.
Səfir qeyd edib ki, 2025-ci ilin dekabrından Ukraynanın “Fire Points” şirkəti Yutland yarımadasında kruiz raketləri üçün bərk yanacaq istehsal edir. Həmçinin Danimarka pilotsuz sistemlər sahəsində Ukrayna ilə birgə istehsal layihələrinə maraq göstərir.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Ukrayna və Danimarka Skandinaviya ölkəsində Ukrayna silahlarının istehsalını nəzərdə tutan memorandum imzalayıb.
Türkan İsgəndərli
tag: Ukrayna,Danimarka,Rusiya,Şirkət,Todaypress.tv,
