Ukrayna Fransaya yardım göndərdi

Ukrayna Fransaya yardım göndərdi
01.08.2026 16:00 Dünya

Ukrayna ilk dəfə olaraq Avropa İttifaqına (Aİ) yardım edən ölkə kimi çıxış edir.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.

Onun sözlərinə görə, 70 nəfərlik ukraynalı yanğınsöndürən böyük meşə yanğınları ilə mübarizəyə kömək etmək üçün artıq Fransaya yola düşüb:

"Müharibənin davam etməsinə baxmayaraq, Ukrayna Avropa ölkələrinə insan həyatını xilas etməkdə kömək edir. Həqiqi birlik və dostluq elə budur. Ukrayna hər gün sübut edir ki, onun yeri bizim aramızdadır".

Qeyd edək ki, Fransada artıq bir neçə gündür güclü meşə yanğınları davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bütün Xəbərlər