Ukrayna bu iki ölkə ilə sərhəddə xüsusi rejim tətbiq etdi

Ukrayna bu iki ölkə ilə sərhəddə xüsusi rejim tətbiq etdi
10.09.2026 19:25 Dünya

Ukrayna Nazirlər Kabineti Rusiya və Belarusla sərhəd boyunca xüsusi sərhəd rejimi tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti öz saytında məlumat yayıb.

“Hərbi vəziyyətin qüvvədə olduğu müddətdə Rusiya Federasiyası və Belarusla dövlət sərhədi xətti boyunca eni 1 kilometr olan torpaq sahələrində xüsusi sərhəd rejimi müəyyən edilir”, – deyə məlumatda bildirilib.

Qurumdan qeyd olunub ki, göstərilən əraziyə şəxslərin sərbəst girişinə, orada qalmasına, yaşamasına və hərəkətinə, həmçinin hərbi əməliyyatlar, müdafiə və ya dövlət sərhədinin mühafizəsi ilə əlaqəli olmayan işlərin görülməsinə icazə verilmir.

Bildirilib ki, məhdudiyyətlər dövlət sərhədi xətti boyunca bir kilometrlik zolağa daxil olan bütün torpaq sahələrinə şamil edilir.

Dövlət Sərhəd Xidməti bu tədbirləri dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi və Belarus ərazisindən Ukraynanın sərhədyanı vilayətlərində ictimai-siyasi vəziyyətin sabitliyinin pozulması məqsədilə mümkün istifadəsi ilə bağlı təxirəsalınmaz məsələlərin həllinə ehtiyac kimi izah edib.

Başqa təfərrüat açıqlanmayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər