Ukrayna Britaniyanın Moskvadakı səfirinə qarşı terror aktı planlaşdırır - İDDİA

Ukrayna Britaniyanın Moskvadakı səfirinə qarşı terror aktı planlaşdırır - İDDİA
10.09.2026 09:51 Dünya

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın Britaniyanın Moskvadakı səfirinə qarşı terror aktı planlaşdırdığını iddia edib.

TodayPress TV xəbər verir ki, bu barədə FSB məlumat yayıb.

Məlumata görə, Britaniya səfirliyinin mühafizəsində çalışan Rusiya vətəndaşı Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agenti olmaqda şübhəli bilinərək saxlanılıb.

FSB iddia edir ki, saxlanılan şəxs ukraynalı bloqer Karpenkonun göstərişi ilə Britaniya səfirliyinin təhlükəsizlik sistemi barədə məlumatlar toplayıb.

Rusiya xüsusi xidməti, həmçinin Ukraynanın Britaniya səfirliyinə hücumlar təşkil etməklə Londonu Rusiya ilə birbaşa münaqişəyə cəlb etməyi və əlavə silahlar əldə etməyi planlaşdırdığını iddia edib.

FSB-nin açıqlamasında Kiyev hakimiyyətinin öz maraqları naminə hətta strateji müttəfiqlərinə qarşı diversiya və terror aktları törətməyə hazır olduğu irəli sürülüb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər